İstifadəçi qaydaları


 

  • İstifadəçinin saytda eyni anda yer alan elanlarının sayı Administrasiya tərəfindən təyin olunmuş limiti aşmamalıdır. Yerləşdirilmiş elanlar təkrarlanmamalı və saytın qaydalarına zidd olmamalıdır. Elanın aktivlik müddəti 30 gündür. Bu müddət başa çatdıqda elanın dərc olunması avtomatik olaraq dayandırılır.

  • Saytda elan 1 dəfə yerləşdirilə bilər. Elanın müddəti bitdikdən sonra “Elanı Bərpa et” qismindən ödənişsiz bərpa edə bilərsiniz .

  • Elanda düzəliş etmək üçün “DÜZƏLİŞ ET” düyməsini seçmək və elektron poçt ünvanınıza gələn PIN-kodu daxil etmək kifayətdir.

  • Qaydaların pozulması və ya istifadəçilərin elan üzrə çoxsaylı şikayətləri həmin elanların və eyni zamanda elan sahiblərinin şəxsi hesablarının bloklanması ilə nəticələnə bilər.

  • Nəzərdə saxlayın ki, bütün elanlar onlara əlavə xidmətlərin (Premium, VIP və digər) tətbiq edilib-edilməməsindən asılı olmayaraq qaydalara uyğun olmalıdır. Qaydaların pozulması halında hətta ödənişi həyata keçirilmiş elanlar da blok oluna və ya silinə bilər.

  • Saytda olan elanda məhsul və ya xidmət haqqında məlumat və şəkilləri başqa məhsul və ya xidmətə aid olan məlumat və ya şəkillərə dəyişmək qadağandır.

  • Elan yerləşdirərkən əmin olmalısınız ki, elan saytın qaydalarına tam olaraq uyğundur. Elan dərc edildikdən sonra belə administrasiya tərəfindən təkrar yoxlama zamanı qayda pozuntusu aşkar edilərsə, həmin elanlara düzəliş etmək və saytdan silmək hüququnu administrasiya özündə saxlayır.

  • Saytda eyni zamanda iki və daha çox təkrar elan aşkar olunarsa, təkrar olan elanlar silinir.

  • Şəxsi əlaqə vasitələri düzgün qeyd olunmalıdır: ad, elektron poçt ünvanı, telefon nömrəsi.

  • Elan yerləşdirərkən işlək olan elektron poçt ünvanından istifadə etməlisiniz. İşlək olmayan e-poçt ünvanından istifadə etdikdə elanın “Düzəliş et” və “Elanı sil” funksiyalarından istifadə etmək üçün göndərilən PIN-kodu əldə etməyəcəksiniz və adı çəkilən əməliyyatları həyata keçirə bilməyəcəksiniz. Bir istifadəçinin (hüquqi və ya fiziki şəxs kimi) yalnız bir istifadəçi hesabı ola bilər. Texniki analiz əsasında bir istifadəçiyə məxsus bir neçə hesab aşkarlandıqda sistem tərəfindən təkrar kimi nəzərə alınacaq və avtomatik ləğv ediləcək və ya bloklanacaq.
    İstifadəçilərə istifadəçi hesablarını (istifadəçi hesabına daxil olmaq üçün lazım olan məlumatları) icarəyə vermək/götürmək və ya özgəninkiləşdirmək qadağandır.
    Elanda hər hansı dəyişiklik etmək üçün elan dərc olunan zaman sizin elektron poçt ünvanınıza göndərilən PIN-kodu daxil edin

  • Təsvir tam şəkildə başlığa və təklif olunan məhsula/xidmətə uyğun olmalıdır. Bir elanda yalnız bir məhsulun, predmetin və ya xidmətin təsvirinə icazə verilir. Mətnin ilk 2-3 sətri elanınızın ən cəlbedici hissəsi olmalıdır, çünki ilk gözə çarpan başlıq və elanın mətninin ilk cümləsidir. Qrammatik cəhətdən düzgün və diqqətlə yazın, yazı səhvlərinə yol verməyin, fikirlərinizi dəqiq ifadə edin.

  • Məhsulun bütün detalları, xüsusiyyətləri və xarakteristikaları təsvirdə göstərilməlidir. Təsvir əvəzinə məhsul haqqında müştərinin daha ətraflı tanış olması üçün yalnız keçid linki yerləşdirməyin. Heç də bütün istifadəçilərin məhsul haqqında daha ətraflı oxumaq üçün tanınmayan bir keçid linkinə daxil olmağa vaxtı və marağı olmur. Keçid linkinin yerləşdirilməsinə yalnız məhsulun və ya xidmətin təsviri barədə daha ətraflı məlumat vermək üçün yol verilir. Həmçinin, rəqib servislərə keçid linkləri də qadağandır.

  • Dəqiq olmayan və ya yanlış məlumatın göstərilməsi, həmçinin, məhsulların qüsurlarının gizlədilməsi elanın silinməsinə səbəb ola bilər.

  • İcazəsiz və istifadə hüququ olmadan tanınmış brendlərin loqolarının və ticarət nişanlarının elanda və ya istifadəçi adında istifadə edilməsi qadağandır.

  • Qaydalardan hər hansı birinin pozulması, həmçinin digər istifadəçilərin çoxsaylı müraciəti istifadəçi hesabının bloklanması ilə nəticələnə bilər.

  • İcarem.az  saytının Rəhbərliyi Qaydaların istənilən vaxt birtərəfli qaydada, öncədən xəbərdarlıq etmədən dəyişdirilməsi və/və ya yenilənməsi hüququnu özündə saxlayır.